Zatulinin “Arsax” sevdası

Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin anti-Azərbaycan fəaliyyəti səngimək bilmir. Vladimir Jirinovskinin ölümündən sonra şər səhnəsinin başına keçən bu şəxs Azərbaycan dövlətinin milli maraqlarına qarşı açıq özünün
düşmən mövqeyini sərgiləməkdədir. Onun Azərbaycana qarşı qatı düşmənçilik mövqeyinin arxasında birbaşa erməni lobbisinin və Rusiyadakı ermənipərəst qüvvələrin dayanması sirr deyil. Zatulinin iyun ayının ilk günlərində Ermənistana səfər etməsi, Qarabağ separatçılarının üzvləri olan Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanla görüşməsi onun Azərbaycanın dövlət suverenliyinə qarşı təhdidləri və terrorizmi dəstəkləməsi deməkdir.
Zatulinin 44 günlük Qarabağ savaşında sərgilədiyi mövqeyi unutmamışıq.
Ötən ilin sentyabrında Rusiya Dövlət Dumasının iclasında “Azərbaycana təzyiq edilməli və yerində oturdulmalıdır” kimi sərsəm açıqlamaları da yaddan çıxmayıb.
Zatulin Rusiyanın rəsmi dövlət kanalı olan “RİA-Novosti”də davamlı tribuna əldə edərək erməni separatizmini təşviq edir. Çünki bu bu adamın qəlbində faşizmə və terrorçu haylara sevgi gizlənib, İkinci dünya savaşında Sovet ordusuna xəyanət edərək alman faşistlərinin sırasında rus xalqına ağır divan tutan terrorçu Qaragin Nijdeni müdafiə edir, qəhrəman kimi təqdim etməyə çalışır. Bu davranışın özü müharibədə yüz minlərlə minlərlə əzizlərini itirmiş və faşizmə nifrət edən rus xalqını təhqir etməkdir.
Təəssüfedici haldır ki, Rusiya Federasiyasının qanunvericlik orqanının üzvü oaln bu şəxs bütün sərhədləri, hüquqi çərçivəni aşaraq dövlətlərarası münasibətlərə zərbə vurur, iki ölkənin bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan siyasətini zədələməyə çalışır. Rusiya hökuməti, Prezident Vladimir Putin Azərbaycan-Rusiya münasibətlərini hər zaman yüksək dəyərləndirib, Azərbaycanın suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşdığını bəyan edib, birgə əməkdaşlın möhkəmlənməsi üçün hər iki ölkənin hökumət üzvləri arasında səmimi ünsiyyət mövcuddur. Onu da nəzərə almaq lazımdır ki, Zatulinin bu sifarişli yaramazlığı istər ölkəmizdə yaşayan ruslar tərəfindən də hiddətlə qarşılanır, onlar vaxtilə Jirinovsinin sərsəm bəyanatlarına etiraz etdikləri kimi bu gün Zatulinə də eyni kəskin nifrtələrini bildirirlər.
Bir məsələni də unutmaq lazım deyil ki, Azərbaycan vətəndaşı olan ruslar hər zaman Azərbaycan dövlətinin milli maraqlarını hər şeydən üstün tuturlar. Yüzlərlə rus Azərbaycanın Qarabağı erməni təcavüzkarlardan qoruyarkən canlarından keçiblər. Onların çoxu Milli Qəhrəman adına layiq görülüb, orden və medallarla təltif edilib. Böyük Zəfərlə nəticələnən Vətən müharibəsində də ruslar digər xalqlar kimi Milli Ordumuzda çiyin-çiyinə dayanaraq faşist Ermənistana qarşı döyüşdü, canlarından keçib. Ona görə də, Zatulin kimilərin iki ölkə arasında möhkəm dostluğa, müttəfiqliyə zərbə vurmaq yönündə çalışqanlığı faydasızdır.
Zatulin kimi siyasi satqınların məqsədi aydındır, onlar Qarabağda öz hüquqi legitim hakimiyyətini bərpa etmiş Azərbaycanın qətiyyətli siyasəti ilə barışa bilmir və hazırda sərhədlərin delimitasiyasının aparıldığı və sülh sazişi üzrə danışıqların intensizvləşdiyi vaxtda pozuculuq etmək, təxribatlar yaratmaqla revanşistləri yenidən müharibəyə təhrik etmək istəyir. Çünki bu adamları xisləti ara qatmaq, qan tökülməsinə çalışmaqdır. Ancaq başa düşmürlər ki, “Dəmir Yumruq” yerindədir və revanşa cəhd edən ermənilər üçün bu dəfə daha ağır olacaq. Elə Zatulin üçün də…
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.