Gəncə şəhər Mərkəzi kitabxanasında, Qəlbində və qələmində hər şeydən əvvəl İnsan və insanlıq amili duran, “Gəncənin səsi” qəzetinin baş redaktoru, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi mükafatları laureatı, “Tərəqqi” medallı, Ali Media Mükafatçısı, nəhayət istedadlı jurnalist – Rəfiqə Sadıqovanın 70 illik yubileyinə həsr edilən “Zərif və güclü qadın” adlı yaradıcılıq gecəsi keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi, peşəkar jurnalistlər, şair və yazıçılar, şəhər ziyalıları iştirak edirdi. Gecə, geniş intellektə, zəngin dünyagörüşünə malik peşəkar jurnalist Rəfiqə Sadıqovanın həyat və yaradıcılığından bəhs edən video-çarxın nümayişi ilə başladı. Yaradıcılıq gecəsinə Gəncə Dövlət Filarmoniyasının solistləri Xəyal Əliyevin, Şirxan Cahangirovun, 4 və 5 saylı musiqi məktəblərinin yetirmələrinin ifasında səslənən xalq və bəstəkar mahnıları xüsusi rövnəq verdi. Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın direktoru Elmira Əliyeva Rəfiqə Sadıqovaya öz xoş sözlərini,arzularını söylədi, bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Zərif və güclü qadın
