“Zəfərin mübarək Şuşam” adlı onlayn yoldaşlıq görüşü keçirildi

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialı və Şuşa şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Şuşa şəhərinin işğaldan azad olunması və Zəfər bayramı münasibəti ilə “Zəfərin mübarək Şuşam” adlı onlayn yoldaşlıq görüşü keçirildi.
Tədbirə başlamazdan öncə bu xalq üçün, bu vətən üçün ,Qarabağımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə fəxri qonaq qismində Bakı Şəhər Mədəniyyət İdarəsi Yasamal rayon MKS-nin direktoru, Tarix elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “ Dövlət qulluğunda fərqlənməyə görə” medalı, habelə Mədəniyyət və Turizm Nazirliyinin tərəfindən “Fəxri Mədəniyyət İşçisi“ döş nişanı ilə təltif olunmuş Lətifə xanım Məmmədova, Sumqayıt Regional Mədəniyyət İdarəsi Şuşa şəhər MKS-nin direktoru, Respublikanın “Əməkdar Mədəniyyət işçisi” adına laiq görülmüş Gülsarə Abbasova, Sumqayıt Regional Mədəniyyət İdarəsi Qubadlı MKS-nin direktoru Müşkünaz Muradova, Biləsuvar Regional Mədəniyyət İdarəsi Cəbrayıl MKS-nin direktoru Vasif Quliyev iştirak edirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.