Yoluxma qeydə alınan məktəblərlə bağlı hansı qərar veriləcək?

“Əgər hər hansı bir məktəbdə yoluxma halı baş verərsə hansı qərar veriləcək? Yoluxma ilə bağlı məktəblərin bağlanma və açılması daha çox lokal xarakterli olacaq”.  

 Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı bildirib.

O, həmçinin, qeyd edib ki, məktəblər açılandan sonra kütləvi yoluxma olacaqsa, bu halda həmin təhsil müəssisələrinin məhdudlaşdırılması da qismən olacaq:

“Məsələn, Bakının Xəzər rayonunda bir məktəbdə kütləvi yoluxma halları olarsa, Qaradağ rayonunda məktəbi bağlamaq məntiqli deyil. Bağlanmalar, açılmalar və məhdudiyyətlərlə bağlı qərarlar daha çox xarakterli olacaq”. – hörmətli nazir qeyd edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.