Fevralın 1-dən tədris qismən bərpa edildikdən sonra sinif üzrə yoluxma halı baş verərsə, bu halda həmin sinif distant təhsil formasına keçəcək.
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu media nümayəndələri üçün keçirilən “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda onlayn seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yoluxma ilə bağlı görüləcək tədbir onun miqyasından asılıdır: “Bununla bağlı normativlər var. Sinif üzrə yoluxma olduqda sinif, məktəb üzrə yoluxma məktəb distant formaya keçəcək”.