Yeni reallıq – yeni peşə səriştələri

Aparılmış təhlillərin nəticələrini və ölkəmizdə reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji hədəfləri nəzərə alaraq AR Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən regionlarda təşkil olunacaq və mədəniyyət işçilərinin tətbiqi biliklərinin təkmilləşdirilməsi, habelə, onlarınkreativ peşə səriştələrinin formalaşmasına xidmət edəcək kursların əsas istiqamətləri müəyyən olunmuşdur. Belə ki, təşkil olunacaq kursların mövzuları mədəniyyət işçilərinin bütün kateqoriyalarınıəhatə edəcək. “Mədəniyyətdə marketinq”, “Tədbirlər siyasəti”, “Nitq mədəniyyəti”, “Müasir mədəniyyət işçisinin peşə fəlsəfəsi”, “Müasir mədəni menecment”, “Kreativ peşə səriştələri”, “Mədəniyyət siyasəti”, “Mədəniyyətdə PR strategiyası”, “Kreativ sənaye” kimi müasir mövzuları ehtiva etməklə yanaşı “Dövlət idarəetmə sistemi və qanunvericilik”, “Muzey işi”, “Klub işi”, “İncəsənət müəssisələrinin idarə olunması” və bu kimi digər sahəvi mövzuları əhatə edəcəkdir.

Kursların təşkilində mədəniyyət sahəsində ilk dəfə olaraq sosial tərəfdaşlıq təcrübəsindən geniş istifadə edilməklə mədəniyyətin digər sahələr ilə səmərəli və işgüzar inteqrasiyası təmin olunacaqdır. Belə ki, kreativ və sənaye vərdişlərinin formalaşdırılması məqsədilədigər sahələrdə istifadə olunan metodların tətbiqi ilə yanaşı, fərqli sferalarda çalışan mütəxəssislərin də cəlb olunması nəzərdə tutulur.

Kurslar mədəniyyət müəssisləri ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil ocaqları və digər ixtisaslaşmış müəssisələrdə də təşkil olunacaqdır.Ali məqsədi kreativ vərdiş və səriştələrin formalaşdırılması olan kurslar zamanı yoldaşlıq və yaradıcılıq mühitinin dəstəklənməsi məqsədilə Mərkəz tərəfindən müxtəlif layihələrin icrası da nəzərdə tutulmuşdur.

Qeyd edək ki, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində də kreativ yanaşmalar tətbiq olunacaqdır. Müasir dünyada tükənməz resurs mənbəyi kimi qəbul olunan kreativ bacarıqlar eyni zamanda rasionallıq göstəricisidir. Bu səbəbdən mədəniyyət müəssisələrinin əməkdaşları arasında formalaşacaq kreativ keyfiyyətlər ilk növbədə səmərəli fəaliyyətin təminatı kimi çıxış edəcək və mədəniyyət müəssisələrinin sosial aktuallığının da dəstəklənməsinə yardımçı olacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.