Yaşı 65-i ötən müəllimlərlə bağlı iddiaya aydınlıq gətirilib

Yeni tədrsi ilindən başlayaraq, 65 yaşdan yuxarı müəllimlərin işdən çıxarılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Bəzi iddialara görə, digər sahələrdə 65 yaşdan yuxarı insanlar çalışdığı halda, təhsil müəssisələrində bu cür halların qarşısı alınır.

Etmtv. news xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Modern.az-a açıqlamasında  bu məsələyə aydınlıq gətirib:

Pandemiyanın şərtlərinə uyğun olaraq  təhsil müəssisələrində çalışan müəllimlərin dərs saatları nisbətən cavan müəllimlərə verilib. Prosedur bu formada  həyata keçirilir”.

Cəsarət Valehov onu da bildirib ki, həmin müəllimlər əvvəlki qaydada əmək haqlarını alırlar:

“Bununla bağlı narahatlığa əsas yoxdur.”- Cəsarət Valehov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.