Yaşasın Azərbaycan gəncliyi! Gəncə gəncliyinə verilən dəyər

Gənclər əsası Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdiriliən dövlət gənclər siyasəti adı altında birləşərək, daha güclü Azərbaycan naminə çalışırlar. Bu gün Azərbaycan gəncliyi dünyanın aparıcı ölkələrində keçirilən tədbirlərdə ən ali tiribunalardan çıxış edərək ölkəmizi uğurla təmsil edir. Onlar dövlətimiz tərəfindən gənclərə göstərilən bu qayğı və diqqətə öz işi, təhsili və cəmiyyətdə fəal mövqeyi ilə cavab verirlər. Bu, çox sevindirici bir haldır. 

Belə gənclərdən biri də ADAU-nun 4-cü kurs tələbəsi Ruslan Vəliyevdir. O, 2 fevral 2020-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “2 fevral – gənclər günü” ilə əlaqədar keçirdiyi tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən 2019-cu ildəki uğurlu ictimai-siyasi fəaliyyətimə görə təltif olunub. Mükafatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə təqdim edib.
-Bu mükafat ölkə başçımızın, cənab Prezidentimizin gənclərə, xüsusəndə Gəncə gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. – Odlar Yurdu Gənclər İctimai Birliyinin baş katibi Ruslan Vəliyev bildirib . –  Ölkə başçımız hər zaman gənclərin fərdi inkişafının yüksəldilməsinə, maarifləndirilməsinə və dövlətçiliyimizin təbliği istiqamətində fəaliyyətinə böyük diqqət göstərir.  Ümumilli Liderimiz deyib ki, bu günün gəncliyi, sabahın gələcəyidir! Biz də gənclər olaraq bizə olan etimadı doğrultmaq üçün və güclü Azərbaycan naminə hər zaman çalışacağıq! – gənc Ruslan özünün facebook səhifəsində qeyd edib. – Yaşasın Azərbaycan gəncliyi!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.