“Yaradıcı Həftə”də “GƏL, YARAT!”

“Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-3 dekabr tarixlərində YARAT Müasir İncəsənət Məkanında “GƏL, YARAT” Yaradıcılıq üzrə Marafon təşkil olunacaq.  

Etmtv.news xəbər verir ki, Marafon müxtəlif yaradıcı klasterlərdə birgə məhsul yaratmağa yönəlmiş kollektiv tədbirdir. Üç gün davam edəcək marafonda beş fərqli istiqamət (animasiya, kino, qrafik dizayn, teatr və 3D çap) müəyyən edilib. Hər istiqamət üzrə təcrübəli mentorların dəstəyi ilə komandalar öz məhsullarını hazırlayıb səhnədə təqdim edəcəklər.

Dekabrın 3-də hazırlanan məhsulların dəyərləndirilməsi münsiflər heyəti tərəfindən həyata keçiriləcək və hər bir istiqamət üzrə qalib komanda mükafata layiq görüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.