YAP-ın namizədi Musa Quliyev Gəncədə ilk görüşünü könüllü gənclər ilə keçirib

YAP-ın namizədi Musa Quliyev Gəncədə  ilk görüşünü könüllü gənclər ilə keçirib.

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən irəli sürülən Milli Məclisin 6-cı çağırış üzrə deputatlığa namizədi Musa Quliyev gənclər ilə görüşündə bildirib ki, ölkə rəhbərliyinin gənclərə dəstəyi danılmazdır. Son dövrlərdə gənc kadrların potensialının yüksəldilməsi istiqamətində, həmçinin gənclik kapitalının inkişaf etdirilməsi istiqamətində böyük layihələr həyata keçirilir. Bu il cənab Prezidentin 2019-cu ili könüllülər ili elan etməyi, könüllülər hərəkatlarına dəstək göstərməyi də ölkə rəhbərliyinin gənclərə, könüllülərə olan dəstəyinin bariz nümunəsidir.

“-Gənclərin dövlət idarəçiliyində də aktiv şəkildə iştirak etməyi, dövlət strukturlarında böyük vəzifələrdə olmağı və gənclər üçün idarəçilikdə imtiyazların çox olması dövlət gənclər siyasətinin əsas prioritetlərindəndir, – deyə deputatlığa namizəd bildirib.

Daha sonra seçki kampaniyasında ilk dəfə iştirak edən gənclərə təbliğat-təşviqat kampaniyası ilə bağlı məlumatlar verilib.

Məlumat üçün bildirək ki, 9 fevral 2020-ci il tarixində keçiriləcək olan parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası bu gündən etibarən start götürüb.

Ruslan Vəliev, ADAU-nun 4-cü kurs tələbəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.