Yadplanetlilər niyə bizimlə əlaqəyə girmir – Alimlər cavab verir

Başqa planetlərdə həyat varmı? Alimlər  bir çox planetlərdə həyatın olduğunu, lakin onların bizimlə əlaqəyə girmək istəmədiklərini düşünürlər. Alimlərin fikrincə, onlar bizim sivilizasiyaya nisbətən daha çox inkişaf ediblər və bizə zərər vurmaq istəmirlər.

Bu haqda “The Times” qəzetində məqalə dərc edilib. Yazıda deyilir ki, daha az inkişaf həddinə çatan planet sakinləri çox irəli getmiş sivilizasiyalarla görüşü rahat həzm edə bilmir. Çünki arada milyon illərlə fərq var.

Uçan naməlum obyekt
Uçan naməlum obyekt

Həyat elementləri olan çox planet adı çəkmək mümkündür. Bəs niyə bizimlə əlaqəyə girmirlər? Çünki maraqlı deyilik. Onlarla müqayisədə Yer kürəsində həyat primitiv görünür.

Fransız alim Jan-Pyer Rospar hesab edir ki, başqa planetlərdən olan məxluqlarla görüş bizim sivilizasiyanın sonunu gətirə bilər: “Niyə risk edək ki?!”

Onunla başqa bir alim Duqlas Vakoh da razılaşır. Elm adamının fikrincə, böyük ehtimalla həyat şəraiti olan başqa planetlərdə sivilizasiya daha yüksək inkişaf səviyyəsinə çatıb. Vakohun maraqlı ideyası da var: Kosmosa Mendeleyevin dövri sisteminin kodlaşdırılmış variantını göndərmək. Görək necə reaksiya verəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.