“Xosrov və Şirin” bədii teleserialı yayıma başlayıb

12 bölümdən ibarət “Xosrov və Şirin” bədii teleserialı 13 dekabrdan etinarən “İctimai TV”nin efirində yayıma başlayıb.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Xosrov və Şirin” serialında süjeti saxlanılmaqla hadisələr müasir dövrə uyğunlaşdırılıb.

Çəkilişləri Mərdəkan, Şüvəlan, Maştağa qəsəbələrində və Qobustan rayonunda aparılan serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, prodüseri Fariz Əhmədov, ssenari müəllifləri İlqar Fəhmi və Xəyyam Abdullazadə, təsvir rejissoru Elman Əliyev, rəssamı Vüsal Rəhim, bəstəkarı ArazOzarAdır. Xosrov obrazını Rüstəm Cəbrayılov, Şirin obrazını Kəmalə Piriyeva, Fərhadı isə Bəhruz Vaqifoğlu canlandırır.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin və “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalı olan film Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilib.

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşdırılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.