Xocalı rayon Mədəniyyət evində Milli Qurtuluş günü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, hüquq-mühafizə orqanları əməkdaşları, idarə, müəssisə rəhbərləri və rayon ziyalıları iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə “Heydər” parkında ucaldılmış Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstü önünə çiçəklər düzdülər, xatirəsini dərin ehtiramla yad etdilər. Tədbiri giriş sözü ilə Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva açaraq bildirdi ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda vətəndaş müharibəsinin baş alıb getdiyi ağır məqamda Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət quruculuğunda inkişaf mərhələsi yarandı. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən demokratik dövlət quruculuğunda və möhkəmləndirilməsi istiqamətində əməli addımlar atmağa başladı, ölkəmizdə ictimai-siyasi sabitlik bərpa olundu. Daha sonra Xocalı rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən danışdı. O, bildirdi ki, Heydər Əliyev həyat və fəaliyyəti daim araşdırılmalı olan dahi şəxsiyyətlərdəndir. Şahmar Usubov Azərbaycanın daha da güclü, qüdrətli dövlətə çevrilməsi üçün Cənab Prezident İlham Əliyevin Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyini vurğuladı. Tədbir Xocalı rayon Mədəniyyət evinin təşkilatçılığı ilə hazırlanmış, Xocalı rayon uşaq musiqi məktəblərinin müəllim və şagirdlərinin, həmçinin ümumtəhsil məktəblərin istedadlı şagirdlərinin oxuduğu mahnılarla, milli musiqi alətlərində ifaları və milli rəqsləri ilə davam etdirildi.
Xocalı rayon Mədəniyyət evində bayram tədbiri
![](https://etmtv.news/wp-content/uploads/2019/06/xax.jpg)