“Xocalı faciəsi”-nə həsr olunmuş qısametrajlı film çəkilir

 Gəncə Dövlət Dram teatrının təqdimatında Xocalı soyqırımının 29-cu ildönümünə ithaf olunmuş “Qayıdış” adlı qısametrajlı film çəkilir. 

Gəncə Dövlət Dram Teatrından Etmtv. news-ə verilən məlumata görə  filmin montaj işləri yekunlaşmaq üzrədir.

Layihənin bədii rəhbəri Gəncə teatrının direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımov, rejissorlar Elşad Əhmədov və Yusif Cəfərov, quruluşçu operator Sübhan İbrahimlidir.

Filmdə Xocalı faciəsində xalqımızın başına gətirilən hadisələr öz əksini tapıb: “Üzərində işlədiyimiz “Qayıdış” filmi 16 dəqiqəlik qısametrajlı filmdir. Hazır olduqdan sonra filmi  Mədəniyyət Nazirliyinə göndərəcəyik. Əgər orada təsdiqlənərsə Fevarlın 24 –dən sonra təqdim edilməsi  nəzərdə tutulub”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.