Xeyriyyə Marafonu start götürdü.

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icrasına başlanılan “Hamımız birimiz, birimiz hamımız üçün” (2) Xeyriyyə Marafonu start götürdü. Xeyriyyə marafonu çərçivəsində ilk fəaliyyət gənclərin iştirakı ilə Novruz Bayramı münasibətilə Gəncə ş.Uşaq evinə səfərlə başladı. Birliyin baş katibi Ruslan Vəliyev uşaq evi sakinlərini bayram münasibətilə təbrik etdi. Balacalara bayram sovqatı və məktəb ləvazimatları hədiyyə edildi.
Xeyriyyə marafonunun keçirilməsində əsas məqsəd xüsusi qayğıya və dəstəyə ehtiyyacı olanlara diqqət göstərməklə gənclər arasında humanizm ideyalarının yayılmasına xidmət etməkdir.
Məlumat üçün bildirək ki, “Hamımız birimiz, birimiz hamımız üçün” xeyriyyə layihəsi ikinci dəfədir ki, birlik tərəfindən icra olunacaq.


Ruslan Vəliyev, Odlar Yurdu Gənclər İctimai Birliyinin Baş Katibi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.