Xeyirxah, qayğıkeş insan, gözəl övlad və Ana…

Leyla Əliyeva Azərbaycanda müasir cəsur və fədakar qadın obrazını yaratmışdır.

Leyla Əliyeva özündə Azərbaycan gənclərinin ən yaxşı keyfiyyətlərini birləşdirir. Bu o insanlardır ki, ölkəmizin gələcəyi üçün narahatdırlar və onun çiçəklənməsi naminə çalışmağa hazırdırlar.
Leyla xanımın fəaliyyəti müxtəlif sahələri əhatə edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, eyni zamanda, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı və lideri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Rusiyanın Azərbaycan Gənclər Birliyinin (AMOR) sədri, eləcə də “Bakı” jurnalının təsisçisi və baş redaktorudur.
Leyla Əliyevanın gördüyü bütün işlər keyfiyyət və uğur nümunəsinə çevrilir. Onun təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı və mühüm layihələrdən biri “Xocalıya ədalət” kampaniyası olub. Artıq doqquz ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.
Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara diqqət yetirir. O, geniş ictimai fəaliyyəti həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda hər kəsə yaxşı tanışdır. O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcbur köçkün ailələrinə yardım göstərir.
Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir. Onun hər bir layihəsi qayğı və sevgi ilə, xeyirxahlıq arzusu ilə əhatə olunub və bu amillər bir çox insanı Leyla Əliyevanın və onun ideyaları ətrafında birləşdirir.
Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) bu istiqamətdəki fəaliyyəti ilə seçilir. Bu gün RAGT gəncləri təşəkkül və cəmiyyətdə özünütəsdiq yolu ilə savadlı və etibarlı şəkildə irəli aparan bir təşkilatdır. Artıq Rusiyanın 70-dən çox regionunda RAGT-ın bölmələri fəaliyyət göstərir. Özünün belə böyük coğrafi əhatə dairəsi və geniş maraqları sayəsində haqlı olaraq ümumrusiya təşkilatına çevrilmiş RAGT Rusiyada yaşayan minlərlə azərbaycanlı gənci ictimai fəaliyyətə cəlb etməyə nail olub və bunu davam etdirir.
Leyla Əliyeva Azərbaycanda müasir nəslin simasını bir çox cəhətdən formalaşdıran liderdir, ölkəsini sonsuz məhəbbətlə sevən və bunu sözdə deyil, konkret işləri ilə sübuta yetirən şəxsiyyət, gözəl övlad və anadır.
Əminliklə demək olar ki, Heydər Əliyev Fondunun vitse-prezidenti bundan sonra da Azərbaycanda və onun hüdudlarından kənarda Leyla Əliyeva qarşıda daha yeni təşəbbüslərlə çıxıç edəcək, yeni layihələr həyata keçirəcək.

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.