“Xarici dil” fənn aylığı ilə əlaqədar ingilis dilində “Breyn rinq” yarışı keçirilib

Gəncə şəhər 25 nömrəli tam orta məktəbdə “Xarici dil” fənn aylığı ilə əlaqədar ingilis dilində “Breyn rinq” yarışı keçirilib.

Məktəbin VII-VIII sinif şagirdləri arasında keçirilən yarışda tarix, coğrafiya və fizika fənnlərindən ingiis dilində suallar səsləndirilib. Yarışın keçirilməsində məqsəd şagirdlər arasında ingilis dili fənninə olan marağın artırılması olub. Yarışda VII siniflər arasında “Galaxy” və “Star” komandaları, VIII siniflər arasında isə “Golden time” komandası qalib olublar.

Qalib komandalar məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.