Xaricdəki azərbaycanlı müəllimlər Qarabağ Universitetində işləmək istəyirlər

Dünyanın nüfuzli ali məktəblərində işləyən azərbaycanlı alimlər, professorlar Qarabağ Universitetinə öz töhfələrini vermək niyyətlərini bildiriblər.

Etmtv.news xəbər verir ki, bir qrup elm adamı bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Xankəndidə Qarabağ Universitetinin yaradılması haqqında sərəncamı xaricdə yaşayan azərbaycanlılar arasında böyük rəğbət hissi ilə qarşılanıb:

“Onlar Qarabağ Universitetində tədris etmək, öz bilik və təcrübələrini regionda təhsil mühitinin daha da yaxşılaşdırılmasına sərf etmək arzularını bildiriblər”.

Qeyd edək ki, noyabrın 28-də Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.