“Bu gün Azərbaycan çox güclü və nizam-intizamlı bir orduya malikdir. Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə hərbiçilərimiz istənilən anda, çox tez bir zamanda işğal altında olan torpaqlarımız azad etmək gücünə malikdir”.
“Bunu 3 il bundan qabaq Aprel döyüşləri bir daha sübut etdik. Ordumuzda olan hərbi texnika, şəxsi heyətin yüksək hazırlığı, möhtəşəm döyüş taktikası, hərbiçilərin qələbə əzmli psixoloji vəziyyəti bunu deməyə əsas verir ki, Azərbaycan bir qarış torpağını heç kimə güzəştə getməyəcək”. Bu açıqlamanı Millət vəkili Xanlar Fətiyev verib. Onun sözlərinə görə Ali baş komandan İlham Əliyev daim ordu quruculuğunu, hərbi texnikaların müasirləşməsini, müasir, bu günün tələblərinə uyğun olan hərbi sursatların alınmasıni, ölkəmizdə bir çox silah və sursatların istehsal olunmasını daim diqqət mərkəzində saxlayır.
“2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi təxminən orta hesabla 15 dəfə artıb. Prezident İlham Əliyevin ordu quruculuğundakı digər mühüm prinsipial siyasəti ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır. Müharibə vəziyyətində yaşayan Azərbaycanın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratdı. İndi nazirliyin müəssisələrində müxtəlif silah, sursat və hərbi vasitələrin istehsalı həyata keçirilir. Bu da ordumuzun daha da qüdrətli olmasına xidmət edir” deyə X. Fətiyev əlavə edib.
Xanlar Fətiyev vurğulayıb ki, sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Bu artıq onu göstərir ki, Ali baş komandan şəxsi heyətin formalaşdırılması istiqamətində əməli addımlar artır:
“Cənab İlham Əliyev daim çıxışlarında qeyd edir ki, bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər.Hərbiçilərimiz bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir qüvvədir. Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın. Bunu üşün ordumuzda hər bir şərait var” deyə millət vəkili əlavə edib.
Xanlar Fətiyevin sözlərinə görə dövlət başçısı hər bir Azərbaycan vətəndaşı kimi hərbiçilərimizin də sosial rifahını yüksəltmək məqsədi bir çox qərarlar qəbul edib.
“Mütəmadi olaraq hərbiçilərimizə yaşayış evlərinin verilməsi, onların məvaciblərinin artırılması dövlətimizin qayğısını göstərir. Ötən il 300-ə yaxın hərbiçi yeni mənzillə təmin olundu. İyunun 18-də ölkə başçısınin münimum əmək haqqlarının artırılması ilə bağlı sərəncamı ilə bərabər bir çox dövlət qulluqçularının, o cümlədən də hərbiçilərin əmək haqqlarının 40% qaldırılması hərbiçilərimizin maddi rifahını yüksəltməyə xidmət göstərir” deyə X. Fətiyev əlavə edib.
Deputatın fikrincə Prezident İlham Əliyevin hərbiçilərimizə göstərdiyi bu diqqət sonda qüdrətli bir ordunun formalaşmasına xidmət edir.