“Səbirsizliklə gözlədiyimiz günləri yaşayırıq. Rəşadətli ordumuz ədaləti bərqərar edib. Əminik ki, yaxın gələcəkdə Yevlax-Xankəndi dəmir yolunun işğal altında qalan hissəsi də azad ediləcək və biz sərnişinlərimizi Ağdama, Əsgərana, Xocalıya çatdıra biləcəyik.”
Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin “YouTube” kanalında video paylaşılıb.
Azərbaycan Dəmir Yolları Yevlax-Xankəndi dəmir yolunun Ağdam, Xocalı və Xankəndindən keçən yeni qolunun inşasının layihəsi təqdim olunur.
Uzunluğu 104 km olacaq yeni xəttin Yevlax (final) – Bərdə – Köçərli – Təzəkənd – Ağdam – Əsgəran – Xocalı – Xankəndi (final) stansiyalarından ibarət olacağı ehtimal olunur.