Xankəndidə kritik vəziyyət: Çörək qıtlığı yaranıb

Dağlıq Qarabağda ərzaq qıtlığı yaranıb.

Bunu jurnalist Elçin Alıoğlu yazıb.

E. Alıoğlu Xankəndidə ərzaq dükanlarının tam əksəriyyətinin qapalı olduğunu bildirib:

“Sadəcə, “Tashir Pizza” və “Art Cafe Remark”ın yanındakı çörək dükanları işləyir. Ermənistandan hər gün 5 ton un Xankəndinə gətirilsə də, bu miqdar qarabağlı ermənilərə çatmır. Starovoytova küçəsindəki çörək dükanının şüşələri sındırılıb, oradakı çörəkləri kütlə daşıyıb. Olaya hərbçilər müdaxilə edib”.

Jurnalist Xankəndidəki xəstəxanalarda yaralıların durumunun çox ağır olduğunu qeyd edib:

“Döyüşlərdə yaralanan ermənilərin tam əksəriyyəti təcili yardım maşınları ilə Ermənistana daşınır. Sadəcə, son 34 saatda 43 yaralı erməni xəstəxanalarda keçinib.

Xankəndidə saat 19:00 olan kimi bütün işıqlar söndürülür. Sakinlər sığınacaqlara enirlər ki, bu vəziyyət də artıq kritik narazılıq həddinə çatıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.