“Virtual məktəb”də dərslərin təşkilinə nəzarət gücləndirilib

Pandemiya dövründə davamlı və keyfiyyətli təhsilin təmin edilməsinə şərait yaradan “Virtual məktəb”də tədris və təlim-tərbiyə prosesinin təşkilinə nəzarət gücləndirilib. Belə ki, onlayn dərslərin təşkilinə və müəllimlərin dərs saatlarına nəzarət etmək məqsədi ilə məktəb rəhbərliyi və yerli təhsili idarəetmə orqanları üçün yeni imkanlar yaradılıb.

Etmv. news xəbər verir ki. bu Təhsil Nazirliyinin yaydığı məlumatda öz əksini tapıb. Məlumatda deyilir:

“Platformada məktəb üzrə bütün sinifləri görmək səlahiyyətinə malik olan direktor və direktor müavinləri siniflər üzrə məsafədən təşkil olunmuş dərslərə, davamiyyətə nəzarət edir, icmallaşdırılmış məlumatların toplanılması və təhlilini həyata keçirilirlər. Həmçinin platformada xüsusi yaradılmış qruplar üzrə müəllimlərlə birgə keçirilən pedaqoji şuralarda pandemiya dövründə dərslərin onlayn formada təşkil edilməsinin vacibliyi diqqətə çatdırılır.

Qeyd edək ki, yeni nəzarət mexanizmi həm də ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir.”

Düzü bu, çox şişirdilmiş məlumatlardır. Yerlərdəki təhsil ocaqlarının pedaqoq heyətinin İTK ilə problemlərini nəzərə alsaq, bu işin hər yerdə tam keyfiyyətlə həyata keçirilməsinə bir şübhə vardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.