Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə mərhələsi üzrə vakansiya seçimi başa çatıb.
Etmtv. news AzEdu.az-a istinadən xəbər verir ki, müəllimlərin əlavə yerləşdirilməsi üzrə vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.
Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib.
Müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarılıb.