Miçurin Dövlət Aqrar Universitetinin rəsmi MQAU.ru saytında Azərbaycan Dövlət Aqrar Universiteti haqqında iki məlumat yerləşdirmişdir. ETMTV. news məlumatın dəyərliliyini nəzərə alaraq, orijinaldan tərcümə edib oxucuların nəzərinə çatdırır.
20 Dekabr 2018-ci il
20 Dekabr 2018-ci ildə Miçurin Aqrar Universitetinin rektoru, kənd təsərrüfatı elmləri doktoru, professor Vadim Babuşkin Azərbaycan Respublikasının Gəncə şəhərində keçirilən kənd təsərrüfatının inkişafı üzrə Beynəlxalq elmi-praktik konfransda çıxış etmişdir.
Tambov vilayətində aqrar sahə üzrə yeganə təhsil ocağının rəhbəri qubernator Aleksandr Nikitinin dəstəyi ilə yaradılan Miçurin Aqrar Universitetin “Aqronomiya, biologiya və texnika üzrə innovasiyalar” Uşaq aqrotexniki parkının nümunəsində həmkarları ilə öz təcrübələrini bölüşüb və konfrans iştirakçılarını Rusiya Federasiyasının Miçurinskdəki elmi şəhərciyindəki Uşaqların Müasir Biliklərinin İnkişafı Mərkəzinin açılışına dəvət edib.
Vadim Babuşkin Gəncədə səfərdə olarkən Azərbaycan Dövlər Aqrar Universitetinin innovasiyalaşdırılmış strukturu ilə tanış olmuşdur.
MQAU.ru
20 Dekabr 2018-ci il tarixdə Miçurin Dövlət Aqrar Universitetinin rektoru, kənd təsərrüfatı elmləri doktoru, professor Vadim Babuşkinə “Azərbaycan Dövlət Aqrar Universitetinin fəxri doktoru” diplomu təqdim olunmuşdur. Bu missiyanı Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbəri, professor İbrahim Cəfərov Gəncə şəhərində keçirilən Beynəlxalq elmi-praktiki konfransda həyata keçirtmişdir.
Məlumat üçün: “Fəxri doktor” dərəcəsi dissertasiya müdafiə etmədən elm və təhsil sahəsində əhəmiyyətli xidmətlərə malik insanlara ehtiram əlaməti olaraq təqdim olunur. Bu qərarı verən təhsil ocağı adətən, hətta bu, simvolik xarakter daşısa belə, həmin şəxsi doğma divarlar arasında görməyi özlərinə fəxr bildiyini bu mükafatı təqdim etməklə nəzərə çarpdırır.
MQAU.ru