Goranboy şəhər 2 nömrəli tam orta məktəbin V sinif şagirdi Vəlizadə Nihad Qadın və Uşaq Akademiyası İctimai Birliyi və AzEdu.az Təhsil Portalının birgə təşkil etdiyi “Məktəblinin kitabı” lahiyəsinə internet vasitəsi ilə qoşularaq lahiyədə fəal iştirak etmiş, qalib olaraq Təltifnaməyə layiq görülmüşdür. Lahiyə çərçıvəsində Nihad 26 adda dünya və Azərbaycan ədəbiyyatının inciləri sayılan əsərləri oxumuş, oxuduğu əsərlər barədə verilən sualları dolğun cavablandırmişdir. Təqdimolunma mərasimində türk dünyasının tanınmış şairi Rüstəm Behrudi, Milli Məclisin deputatı Fazil Mustafa, Qadın və Uşaq Akademiyası Ictimai Birliyinin sədri Sevinc Fədai iştirak etmişlər. Tədbirdə deputat Fazil Mustafa belə tədbirlərin tədqirə layiq olduğunu, nəinki uşaqların və yeniyetmələrin, hətta böyüklərin də informasiyaları internet vasitəsi ilə aldığı, kitabların az oxunduğu dövrdə lahiyənin və bu lahiyəyə şagirdlərin müstəqil qoşulmasını yüksək qiymətləndirmişdir. Fazil Mustafa qaliblərlə xatirə şəkli çəkdirmişdir. Təltifnamə və hədiyyəni Nihad Vəlizadəyə şair Rüstəm Behrudi təqdim etmişdir. Lahiyədə Nihad Vəlizadənin kiçik qardaşı Novruz Vəlıizadə də iştirak edərək sertifikat almışdır.