“Vətəndaş müraciətləri” xidməti istifadəyə verilib

Təhsil Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə https://portal.edu.az/ platformasına “Vətəndaş müraciətləri” xidməti əlavə olunub.

Təhsil Nazirliyinin verdiyi məlumata əsasən, xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətlərin elektron qaydada göndərilməsi, hər bir müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir.

Təhsil Nazirliyinə və tabeliyindəki qurumlara “Vətəndaş müraciətləri” elektron xidməti vasitəsi ilə göndərilən müraciətlər tətbiq olunmuş təkmil daxili (CRM) sistem hesabına daha qısa zaman çərçivəsində cavablandırılacaq. Belə ki, yazılı müraciətlərin icrası ilə müqayisədə elektron şəkildə daxil olan müraciətlər icra müddətini 2 dəfədən çox qısaltmış olacaq.

Qeyd edək ki, vətəndaşların yazılı müraciətlərində şəxsi məlumatlarını (ünvan, əlaqə vasitələri) düzgün qeyd etməməsi və yaxud natamam qeyd etməsi icra prosesini çətinləşdirir və bəzi hallarda müraciətin statusunun izlənilməsini qeyri-mümkün edir. Bu səbəbdən Təhsil Nazirliyinə müraciət etmək istəyən vətəndaşlara https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə rahatlıqla elektron qaydada müvafiq xidmətdən yararlanmaq tövsiyə olunur.

Daha ətraflı məlumatı aşağıdakı fotolardan əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.