Vətən müharibəsinin ildönümünü ilə əlaqədar Hərbi Qənimətlər parkına virtual ekskursiya təşkil edilib.
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və MKS-nin 16 nömrəli kitabxana filialı Vətən müharibəsinin ildönümünü ilə əlaqədar Hərbi Qənimətlər parkına virtual ekskursiya təşkil edib. Tədbirdə Gəncə şəhəri 27 nömrəli məktəb-liseyin 6-cı sinif şagirdləri iştirak ediblər.
Virtual ekskursiyadan əvvəl Mərkəzin bələdçisi Sevinc Əhmədova şagirdlərə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti, qədim Gəncə şəhərinə səfərləri haqqında geniş məlumat verib.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, MKS-nin 16 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova şagirdlərə məlumat verərək , Vətən müharibəsi bitdikdən bir müddət sonra -10 dekabr tarixində keçirilən hərbi paradda Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qisminin nümayiş etdirilildiyini, eyni zamanda, Prezident İlham Əliyevin Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürdüyü, çox qısa zamanda görülən genişmiqyaslı işlərin yekunlaşdığı, açıq səma altında nadir parkın salındığı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdiyini tədbir iştirakçılarına bildirib .
Bu Park İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və qəhrəmanlıq kompleksidir. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan, məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapır. Vətən müharibəsində rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə xalqımızın qəhrəmanlıq simvoluna çevrildi. Əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız döyüş meydanlarında əsl vətən övladının igidliyini, cəsarətini, qorxmazlığını göstərdi. – Tədbirin təşkilatçıları bildirib.
Sonda şagirdlər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söylədilər.