Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, Gənclər Evi SXM-nin və Gəncə Avropanın Gənclər Paytaxtı 2016 İctimai Birliyinin birgə təşkilatçılğı ilə keçirilən “Vətən Müharibəsi Fotoqrafların gözü ilə” beynəlxalq layihəsi çərçivəsində Məhsəti Gəncəvi mərkəzində sərgi keçirilib.
Azərbaycan Respublikasının Gənclər və İdman Naziriliyinin təşəbbüsü ilə elan edilmiş 27 yanvar – 2 fevral gənclər həftəsi çərçivəsində təşkil olunan Foto sərgidə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov və Avropa Gənclər Paytaxtı 2016 İctimai Birliyi sədri Sevinc Məmmədova çıxış edərək Vətən müharibəsində canlarını qurban vermiş Şəhidlərimizdən bəhs etmiş, onların qəhrəmanlıqlarından söz açmışlar. Qeyd edək ki, Fotoqraf gənclər Şuşa, Ağdam, Füzuli, Tərtər və Gəncədə çəkilişlər ediblər.
Sərgi zamanı iştirakçılar sertifikatlarla təltif olunmuşdur. Layihənin üçüncü mərhələsində yerli gənclər üçün ” Azad olunmuş ərazilər qayıdış və Konfliktlərin idarə olunması” mövzusunda 30 yanvar tarixində təlim təşkil olunacaq.
Layihənin davamında xarici iştirakçılar öz ölkələrində sərgilər təşkil edəcək.