Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ölkə başçısının diqqət mərkəzindədir

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə “ fərmana edilən dəyişikliklərdə bu məqam öz əksini tapıb. Dəyişikliyə əsasən Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb.  Bu həm dövlətin öz vətəndaşlarına , həm də həssas sosial qrup olan şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına yüksək diqqət nümunəsidir.
Müharibədən sonra dövlətimizin qarşısında duran ən mühüm sosial məsələlərdən birinin şəhid ailələrinin və qəhrəman döyüşçülərimizin qayğılarının diqqət mərkəzində saxlanılır.Dövlətimizin başçısının tapşırıqları əsasında bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının ən bariz örnəyi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması olub. Belə ki, “YAŞAT” Fondu bu istiqamətdə dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir.
Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də Vətən Müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğının göstərilməsidir. Qeyd etmək lazımdır ki, bu sahədə dövlətin institusional təşəbbüsləri xüsusi əhəmiyyət kəsb edir. Bu təşəbbüslər işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi və digər bu kimi dövlət əhəmiyyətli işlərin həyata keçirilməsində vacib rol oynayır.
Dövlət hər zaman vətəndaşının yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər. Bununla yanaşı Vətən müharibəsi iştirakçılarının qayğılarının diqqət mərkəzində saxlanması məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli Qərarına əsasən, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə də xüsusi komissiya yaradılaraq fəaliyyətə başlayıb. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələrinin və qazilərin hər zaman olduğu kimi, bundan sonra da diqqət mərkəzində saxlanılacaq, dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcəkdir.

İradə İmanbəyli,
Masallı Dövlət Regional Kollecinin müəllimi. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.