Biz yaradıcı insanlarıq, yaradıcılıq həyatımızın ayrılmaz bir hissəsidir. Yazıb-yaratmaq bizim həyati fəaliyyətimizin əsasını təşkil edir. Çoxlu sayda kitabların müəllifiyik. Bu kitablar özü-özündən yaranmır. Həyata vəsiqə almaq üçün aylarla bir kitab üzərində çalışırıq, məktublarla müraciət edirik, məlumatlar toplayır, onları kağız üzərində həkk edirik. Bu, özlüyündə böyük enerji tələb edən işdir. İstək də vacibdir, əks halda bu cəhənnnəm əzabına necə dözəsən?!.
İnsanların çoxu sorğu və məktublarımıza müsbət addım atmır, demək, onlarda da istək budur. Digərləri özünü də, bizi də gülünc vəziyyətinə qoyur. Onların bu hərəkətləri tək bizə və gördüyümüz işə sayqısızlıq deyil, həm də onların savadsızlığının göstəricisidir. Əlbəttə ki, onların savadını ölçmək niyyətimiz yoxdur. Bu, onları vəzifəyə təyin edən rəhbərlərin problemi və başağrısıdır. Bəs milləti bu qədər ələ salmaq nəyə lazımdır? Minlərlə insanın təhsilinin bu insanlardan asılı olduğunu bilmirlərmi?Bilirlər!
Beləliklə, bu günkü söhbətimizin mövzusu “Heydər Əliyev İli” ilə bağlı yazılan kitablara olan hörmətsizlikdir. Onu da xatırladım ki, son 6 ay ərzində tərəfimizdən 4 kitab hazırlanmışdır. Yalnız birinin necə əzabla hazırlandığını və bu günkü yazımıza nə dərəcədə aid olduğunu diqqətinizə çatdırırıq.
Gəncə Dövlət Universitetinin Xarici Dillər fakültəsinin dekanı Əjdər Əsgərov. Xarici dillər fakültəsinin dekanı, filologiya elmləri namizədi, dosent Əsgərov Əjdər Əsgər oğlu. 1952-ci ilin dekabrın 1-də Goranboy rayonunun Goranlı kəndində anadan olub. 1977-1982-ci illərdə M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutunda oxuyub, rus dili və ədəbiyyatı müəllimi və tərbiyəçi ixtisasını almışdır. 1982-86-cı illərdə orta məktəbdə rus dili müəllimi işləmişdir. 1986-cı ildən Gəncə Dövlət Universitetinin Rus dili kafedrasında müəllim işləyir. 2004-cü ildə elmlər namizədi dissertasiyasını müdafiə etmiş və filologiya elmləri namizədi, 2006-cı ildə isə dosent adını almışdır.
2007-ci ildən Xarici dillər fakültəsində tədris işləri üzrə dekan müavini işləmiş və 2011 ci ildən Xarici dillər fakültəsində dekan vəzifəsində işləyir. 2004-cü ildə «Русский йазык » dərsliyin həmmüəllifi, 2005-ci ildə «Русский йазык для историков» dərs vəsaitinin müəllifi, 2007-ci ildə «Avropa və Amerika ölkələrinin yeni tarixi» dərsliyinin tərcüməçisidir.
Bu onun haqqında dekanlığın səhifəsinə qoyulan məlumatdır. Maraq üçün biz də qeyd etdik. Bəs niyə “Heydər Əliyev İLi” ilə bağlı görülən işlər jurnalistdən gizlədilir? Məqsəd nədir? Bizi jurnalist saymırlar, yoxsa heç bir iş görülməyib? Bu suala cavab axtarmaq zorundayıq.
Əvvəlcə onun haqqında bir neçə il bundan əvvəl hazırladığımız yazının linki ilə sizləri tanış edək. Məqsədimiz onsuz da uzun olan bu yazını qısaltmaqdır.
REKTORUN MÜRACİƏTİ-Universitetdə bu kəlamlara nə dərəcədə riayət edilib?
Onunla olan yazışmanı, daha doğrusu yazışmaya olan cəhdi diqqətinizə çatdırıram. Onu da qeyd etmək yerinə düşərdi ki, bu yazışmalar GDU-nun rektoru, çox hörmətli və qəlbən hörmət bəslədiyimiz professor Yusif Yusibova portalımız tərəfindən göndərilən xahiş məktubundan sonra başlanılmışdır. Məktubda həm də GDU-da fəaliyyət göstərən dekanatların gördüyü işlər haqqında məlumatlar toplanılması da istənilirdi. Dekanların bir neçəsi həvəslə bu məlumatları bizimlə bölüşdülər. Bəziləri isə orta məktəb şagirdi səviyyəsində bəhanələr gətirdilər. Bununla belə, universitet tərəfindən müsbət addım atıldı, hərtərəfli dəstək göstərildi və kitab işıq üzü gördü. Hərçənd, iki cildli bu kitab universitet tərəfindən qəbul edilmədi. Onu da bildirək ki, bu kitablar işıq üzü görəndən sonra Mədəniyyət Nazirliyindən telefon zəngi açıldı, bu kitabların nazirlik tərəfindən dərc ediləcəyi vurğulandı, bizdən istənildi və biz bu kitabları həm onlayn formada təqdim etdik, həm də dərc olunmuş variantını onlara çatdırdıq. Hətta bizə cənab nazirə bu kitabların dərc edilməsi üçün xahiş məktubu da yazdırıldı.
Oxuyun və özünüz qiymət verin.
[18:31, 16.01.2023] Ruhulla: Salam Əjdər müəllim. Necəsiniz?
[18:34, 16.01.2023] Ruhulla: “Təhsil ocaqlarında Heydər Əliyev irsinin təbliği” adlı kitab üzərində işləyirəm. Artıq müəyyən hissini yazmışam. GDU-ya da kitab üçün materialların toplanmasına kömək üçün məktub da ünvanlamışam. Orada Xarici dillər fakültəsinin də adı çəkilir.
[18:40, 16.01.2023] Ruhulla: Aydındır ki, xarici dillərin tədrisinin inkişaf etdirilməsi sahəsində böyük tərəqqi və yeniliklər baş vermiş, bu sahələrdə elmi məqalələr, dərsliklər, dərs vəsaitləri nəşr edilmişdir. Bu elmin tədrisi ilə məşğul olan müəllimlər xarici dillərin tədrisi işində aktual problemlərin araşdırılmasında yaxından iştirak edirlər. İstərdik ki, bundan əvvəlki illərdə rəhbəri olduğunuz dekanlığın Heydər Əliyevin xarici dillərin tədrisi ilə bağlı və yeni ildə “Heydər Əliyev ili” çərçivəsində görüləcək işlər haqqında məlumat xarakterli yazı hazırlayaq.
[18:43, 16.01.2023] Ruhulla: 1. H.Əliyev siyasətinin uğurla həyata keçirilməsi yönümündə atılan əməli addımlar və məqsədyönlü işlər. 2. Müəllimlər tərəfindən hazırlanan və H.Əliyev irsinin təbliğini özündə daşıyan elmi ədəbiyyat nümunələri. 3. Bu sahədə hansı elmi məqalələr, dərsliklər, dərs vəsaitlər nəşr edilmişdir.
[18:46, 16.01.2023] Ruhulla: i. 4. Bu sahə ilə bağlı yeni-yeni dərsliklərin, lüğətlərin və sanballı elmi məqalələr toplusunun, peşəyönümlü yeni nəşrlərin hazırlanması işində hansı böyük irəliləyişlər mövcuddur?
[18:47, 16.01.2023] Ruhulla: Qabaqcadan təşəkkürümüzü bildiririk.
[18:47, 16.01.2023] Ruhulla: Hörmətlə, Ruhulla Zahidov.
[19:56, 17.01.2023] Ruhulla: Mümkünsə sizin başçılıq etdiyiniz dekanlığın Ulu öndərin 100 illiyi ilə bağlı gördüyü işləri bu vaçap nömrəmə göndərərdiniz. Məktubda qeyd edilən kitabın yazılıb ərsəyə gətirilməsi üçün göndərilən bütün məlumatlar yazılarda öz əksini tapacaqdır.
Üstündən 6 ay keçməsinə baxmayaraq, cavab hələ də yoxdur. Vaçap nömrəmizdən göndərilən xahiş məktubu oxunulub, amma, cavab vermək istəyi sərgilənmir. Təkrar məktub ünvanlayırıq:
[10:05, 07.02.2023] Ruhulla: Məktubumuza etinasızlıq işinizə və Heydər Əliyev irsinə olan etinasızlıqdır. Cavab verməməyiniz nədirsə, özünüz qiymət verin. Biz bu işdən uzağıq. Yaxın günlərdə bu barədə rektoratlığa ünvanlayacağımız məktubda fikirlərimizi izhar edəcəyik.
[21:11, 09.08.2023] Ruhulla: Salam Əjdər müəllim. Axşamınız xeyir.
[21:15, 09.08.2023] Ruhulla: Etmtv.news təhsil portalı yeni “Pedaqoji söhbətlər” layihəsi üzərində işləyir. Layihə çərçivəsində sizinlə müsahibə də planlaşdırılır. Bizə vaxt ayırmağınız və müsahibədə iştirakınız xahiş olunur. Mümkünsə, müsahibə gününü özünüz təyin edərdiniz.
Cavab gəlir:[23:04, 10.08.2023] Аjдаr: 20 avqustdan sonra
[23:06, 10.08.2023] Ruhulla: Olar.Ona kimi əvvəllər sizə göndərdiyimiz suallara da cavablar hazırlayardınız zəhmət olmasa.Bu suallar sizin vaçap nömrənizdə durur.
[12:19, 11.08.2023] Аjдаr: Salam. Suallar məndə yoxdur. Xahiş edirəm birdə göndərin.
[12:20, 11.08.2023] Ruhulla: Vaçapda bir az yuxarı qaldırın görəcəksiniz.Olmaz göndərərəm.
Eyni sualları yenidən göndəririk-Bilirik ki, bu, suallara cavab verməmək üçün yalnız bəhanədir.
[15:37, 27.08.2023] Ruhulla: Suallara cavab vermədiniz müəllim.
[15:38, 27.08.2023] Ruhulla: Nəsə yazıbsınızsa, lap yarımçıqdırsa, göndərin. Mən digər sualları da göndərərəm.
[22:01, 27.08.2023] Ruhulla: İnciməyin, amma sizdən tənqidi məqalə hazırlayıram.
[22:02, 27.08.2023] Ruhulla: Jurnalist neçənci dəfədir ki, sizə suallar ünvanlayır, siz isə ona hörmətsizlik göstərirsiniz. Məqalə dərc olunan kimi sizə də göndərəcəm.
Əvəzində dünən 050 376 26 21 vaçap nömrəmizə Əjdər müəllimdən telefon zəngi açılır. Yalvarış dolu səsində qürur da var. Amma gülünc söhbəti bizdə ikrah yaradır.Təqribi desək, bir prorektora məktubumuzla bağlı müraciət edib(Çox güman ki, “müsahibə verim, ya verməyim” xahişi ilə) O da cavabında bildirib ki, (savada bax e) GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, tarix elmləri namizədi, dosent, hörmətli Millət vəkili Pərvin Kərimzadəyə müraciət edim. Bildiririk ki, ona da məktubla müraciət etmişik və çox əminik ki, o da verdiyimiz suallara cavab verəcəkdir. “Qoy qalsın, bir işimiz olsa, sənə mütləq cavab yazarıq” deyir. -“Siz yəqin heç bir iş görmürsünüz (hərçənd bu, o qədər də inandırıcı görsənmir), olsaydı, yazardınız, yada Heydər Əliyev irsinin təbliğində maraqlı deyilsiniz”-deyə cavab veririk.