Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvləri Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə daha iki medal qazanıb.
Komanda üzvlərindən Ramil Vəlizadə 100 metr məsafədə batterflyay üsulla üzmədə 54.52 nəticə ilə bürünc medal qazanıb.
Məryəm Şeyxəlizadəngah isə 100 metr batterflyay üsulunda 1.02.25 nəticə ilə üçüncü yeri tutub və bu turnirdə sayca 3-cü bürünc medalını qazanıb.
Hazırda milli komandamızın aktivində 5 medal var.