Üzeyir Hacıbəyovun vətənpərvərlik mövzusunda əsərləri nəşr olunub

Etmtv. news Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəyovun vətənpərvərlik mövzusunda yaratdığı mahnılardan ibarət “Vətən, millət, ordu” adlı məcmuə Mədəniyyət Nazirliyinin sifarişi ilə işıq üzü görüb.

Kitabda Ü.Hacıbəyovun musiqisevərlərə məlum olmayan bir neçə mahnılarına da yer verilib. Məcmuədəki əsərlər xor, solist və müxtləlif heyətlərlə ifa üçün nəzərdə tutulub.

Kitab Mədəniyyət Nazirliyinin tabeçiliyindəki aidiyyəti qurumlara paylanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.