UTECA ailəsinin bir üzvü olduğumuz üçün qürur duyuruq!-Tələbələr öz doğma təhsil ocağı haqqında yazır

UTECA ailəsinin üzvü olduğumuz üçün qürur duyuruq! – Bu sözləri  UTECA-da təhsil alan hər bir tələbədən eşitmək olar.

UTECA, Azərbaycan Texnologiya Universitetinin brend adıdır. UTECA İngilis dilində, University of Technology of Azerbaijan deməkdir.Azərbaycan Texnologiya Universiteti Qafqazda yeganə ixtisaslı Texnoloq yetişdirməklə yanaşı, dövlət ali təhsil müəssələri arasında ən şəffaf və ən çevik universitetdir. Bunu 2017-ci ildə keçirilmiş sosial sorğu əsasında demək olar.

Universitetimiz Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13.06.2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq,  Azərbaycan Respublikası Təhsil Nazirinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilməklə, Azərbaycan Texnologiya Universiteti yaradılmışdır.

Azərbaycan Texnologiya Universitetində 4 fakültə var.

  1. İqtisadiyyat və İdarəetmə fakültəsi.
  2. Yüngül sənaye mühəndisliyi və logistika fakültəsi.
  3. Qida mühəndisliyi fakültəsi.
  4. Avtomatika,telekommunikasiya və informatika fakültəsi.

UTECA-da 17 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana,İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat – təcrübə obyekti, idman zalı və tələbə şəhərciyi fəaliyyət göstərir.

Universitetdə 1983-cü ildən çoxtirajlı “Texnoloq” qəzeti və 2004-cü ildən isə “Elmi xəbərlər” məcmuəsi nəşr olunur.

Ulu Öndər Heydər Əliyevin fəaliyyətini və dövlətçilik siyasətini daha dərindən elmi əsaslarla öyrənmək məqsədilə universitetdə “Heydər Əliyev Məktəbi” fəaliyyət göstərir. Eyni zamanda, universitetin tarixini əks etdirən muzey də yaradılmışdır.

UTECA-da Azercell və Pasha Bankın birgə tərəfdaşlığı ilə yaradılmış Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin regional mərkəzi olan Barama Gəncə fəaliyyət göstərir. Beləliklə, layihəsi olan hər bir şəxs bu fürsətdən yaralana və öz layihəsinin gerçəklədirilməsində dəstək ala bilər.

Bundan başqa, UTECA-da Port of Baku, yəni Bakı Şəhəri Dəniz Tİcarəti Limanı nəzdində təlim və tədris mərkəzi açılmışdır. Bu mərkəz Azərbaycan logistikasının, yəni nəqliyatının inkişafı üçün gələcəyə ixtisaslı kadrların yetişdirilməsinə daha yaxından kömək edəcək.

Qida sənayesində  Az-Granata MMC şirə və şərab emalı zavodu, PalSud süd və süd məhsulları zavodu, Nəfis Çörək çörək və un məhsulları zavodu və digər mühüm əhəmiyyət kəsb edən zavodların və təşkilatların dəstəyi ilə demək olar ki, hər həftə universitetin rəhbərliyi tərəfindən birbaşa istehsalatdan gəlmiş müəllim və təlimçilərin gətirilməsi, tələbə gənclərin təhsilə və istehsalata olan marağın birə-beş artmasına səbəb olmuşdur.

Bütün bu sadaladıqlarım UTECA-da mükəmməl, çevik və şəffaf təhsil almaq üçün hər cür şəraitin yaradıldığından xəbər verir. Bu gün innovasiyalara, yeniliklərə,  inkişafa dərin marağın yaradılması universitetimizin qarşısında duran  əsas prioritet vəzifələrə çevrilmişdir… Biz, məhz belə bir təhsil ocağında təhsil aldığımız üçün qürur duyuruq!

 İsmayıl Qaçaylı, Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat  və  İdarəetmə    fakültəsinin 3-cü kurs tələbəsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.