Uşaqlarımızı sosial şəbəkələrin təsirindən qorumaq hər birimizin vəzifəsidir – Kamran Əsədov

“Uşaqlarımızı sosial şəbəkələrin təsirindən qorumaq hər birimizin əsas vəzifəsidir”.

Bu sözləri Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov öz sosial şəbəkə hesabında yazıb. 

Onun sözlərinə görə, uşaqları kitab oxumağa, idmanla məşğul olmağa və sağlam fəaliyyətlərlə məşğul olmağa yönəltməliyik: 

“Təəssüf ki, bu gün yolda gedərkən telefonuna baxaraq hərəkət edən şagirdlərə çox rast gəlirik. Bu, həm təhlükəli vərdişdir, həm də onların vaxtını boşa sərf etməsinə gətirib çıxarır. Məktəblər, valideynlər və cəmiyyət olaraq bu istiqamətdə ciddi işlər görməliyik. Uşaqlarımızın gələcəyini qorumaq üçün hərəkətə keçmək vaxtıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.