Uşaq-gənclər idman məktəblərinin idmançıları Avropa Kubokunda yüksək nəticələr əldə edib

Fransanın Strasburq şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku keçirilib. 20 ölkə, 366 idmançının mübarizə apardığı yarışa Azərbaycan yığma komandası 18 nəfər idmançı ilə qatılıb.

Yığma komandanın tərkibində çıxış edən Təhsil Nazirliyi 1 nömrəli idman liseyinin idmançıları Nizami İmranov (60 kq), Ramazan Əhmədov (+90 kq) I yeri, Nicat Nağıyev (66 kq), Əli Hacızadə (73 kq) II yeri, Məhəmməd Məmişov (50 kq) və 10 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Şahin Oruczadə (55 kq) III yeri tutub.

Qeyd edək ki, yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının tərkibində çıxış edən 18 nəfərdən 8-i Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.