Məlumdur ki, müəllim peşəsi və müəllim adı həmişə cəmiyyətdə böyük hörmətlə qarşılanır. Ulu öndərimiz də müəllim adına yüksək qiymət vermiş və demişdir: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Ancaq, bu məsuliyyətli vəzifənin öhdəsindən şərəflə gəlmək hər müəllimə qismət olmur. Bundan ötrü çox çalışmaq və fədakarlıq göstərmək vacib şərtlərdəndir. Bu yazımda zəngin ömür yolu keçmiş və coxlu sayda tarixçi-pedaqoq yetişdirib cəmiyyətin ixtiyarına vermiş Əsgər müəllim Zahidov haqqında danışacağam.
Öncə vurğulamaq istərdim ki, Əsgər müəllim öz peşəsinin bənzərsiz vurğunu olan pedaqoqlardan idi. Onun müəllimlik fəaliyyətində həyata hazırladığı tarix müəllimlərindən biri də mən olmuşam. XX yüzilliyin 90-cı illərində H. Zərdabi adına GDPİ-də təhsil aldığım illərdə tarixin tədrisi metodikası fənnini dərin mənimsədən Əsgər müəllim tarix müəlliminin keyfiyyətləri haqqında olduqca maraqlı fikirlər söyləyirdi. Onun fikirincə, tarix müəllimi təkcə öz xalqının tarixini, keçdiyi inkişaf yolunu deyil, habelə, bəşəriyyətin inkişaf dinamikasını bilməli, tarixi həqiqətlərə obyektiv qiymət verməyi bacarmalıdır. Eyni zamanda həmişə axtarışda olmalı, tədris zamanı tələbələrə nikbinlik, vətəndaşlıq duyğuları aşılamalıdr. Tarixin həyatla əlaqəsini unutmamalı, həyati gerçəkliklərə elmilik prinsipindən yanaşmalıdır. Tarixi həqiqətlərin əks olunduğu abidələri yaxşı oyrənməli, onların xalqın həyatındakı rolunu düzgün müəyyən etməlidir.
Qeyd edim ki, Əsgər müəllim dərs zamanı həm ümumbəşər, həm də ölkəmizin tarixindən çoxlu sayda faktlarla problemi daha obyektib təhlil edir və bununla bütün tələbələrin diqqətini mövzunun aydınlaşdırılmasına yönəldirdi. Onun dərslərində dövrün metodik vasitələrindən tam şəkildə istifadə edilirdi. Təsadüfi deyildir ki, Əsgər müəllimin yazdığı kitablar həm tələbələr, həm də müəllimləri tərəfindən yüksək səviyyədə qarşılanırdı. Vurğulamaq istərdim ki, həmin illərdə institutun xüsusi təqaüdçü tələbələrindən biri kimi mən də Əsgər müəllim tərəfindən əla qiymətləndirilmişəm. Gələcəyin institut müəllimi olacağım qənaətində idi. Sonrakı fəaliyyətimdə bu dəyəri doğrultmuş, bütün təhsil mərhələlərini müvəffıqiyyətlə keçmişəm.
Əsgər müəllimin maraqlı fikirlərindən biri də bundan ibarət idi ki, tarixi qəhrəmanlar yaradır, ona görə də qəhrəmanlıq səhifələrini daha dərindən öyrənmək lazımdır.
Əsgər müəllim yorulmaq bilməyən müəllimlərdən idi. O, dəfələrlə bildirirdi ki, tarix müəllimi həm də ictimai xadimdir. Təkcə institutun tədbirlərində deyil, habelə, şəhərin, respublikanın ictimai-siyasi həyatında və beynəlxalq səviyyəli konfranslarda iştirak edən, nümunə göstərən Əsgər müəllim fədakar elm və təhsil xadimi idi. Onun əməyi yüksək qiymətləndirilmiş və institut elmi şurası tərəfindən ona professor adı verilmişdir.
Böyük insan Əsgər müəllinin əziz xatirəsi bu gün də onun tələbələri, müəllim yoldaşları və ardıcıllarının qəlbində yaşayır və Ulu tanrıdan müəllimimizə rəhmət diləyirik. Bu günün və gələcəyin tarix müəllimləri Əsgər müəllim məktəbini yaşadır və yaşadacaqdır.
Hüseyn Bəxtiyarlı, GDU-nun Ümumi tarix kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru.
salam.size atam haqqinda yaziya qore minnetdaram.meni kovretdiniz.men merhum Esger Zahidovun ortancil ogluyam.Efser Zahidov.Bakuda yashayiram ve ishleyirem.men Shans metbeesinin tesiscisi ve direktoruyam.Ukraina Poliqrafiya institutunu bitirmishem.men merhum, atamla fexr etmishem ve edirem.cox sag olun onu yada saldiginiza gore..teshekkur edirem size.
Əsgər Zahidov kimdir bu insan? Əsgər Zahidov insanligin yuksek zirvesində olan müllim kimi müllim alim kimi alim veteni milleti seven dahi bir insan. Əsgər müllimin tələbələri ( əkdiyi agaclar) ölkəmizin həryerində dövlətmizə milletmize faydali insanlardi. Əsgər muellimin ruhu qarşisda baş eyirem. Dayma qelbimizdə yaşayacaq. Dahilər ölmür, qəlbdən qəlbə koçür. Müllifə təşekkürmü bildirirem.
Məlumat üçün təşəkkürlər biz də bu gözəl müəllimi bu gözəl şəxsiyyəti yaxından tanımış olduq.