“Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsinə start verilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsinə start verilib.
Etmtv.news  xəbər verir ki, təhsil sahəsində yeni bir perspektiv yaradaraq şagirdlərin qeyri-formal təhsil prosesi zamanı təhsilin keyfiyyətini skaut metodu ilə yaxşılaşdırmaq, onların fiziki, intellektual, xarakter, emosional, sosial və mənəvi inkişafını dəstəkləmək məqsədi güdən layihənin “ASA-MTP010-TL24-2” nömrəli təməl liderlik təlimi Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində 5 gün müddətinə baş tutacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.