Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Məktəblilər üçün Debat Forum” layihəsi həyata keçirilib

Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyinin dəstəyi, Azərbaycan
Respublikasının Elm Təhsil Nazirliyi UNICEF Azərbaycanın tərəfdaşlığı
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider
Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Məktəblilər üçün Debat
Forum” layihəsi həyata keçirilib.
Tədbir çərçivəsində açılış nitqini edən Əli Abdullazadə qonaqları salamlayaraq təşkilatın
fəaliyyəti, “Məktəblilər üçün Debat Forum” layihəsi barədə məlumat verib, ümumi
respublika üzrə 500-dən çox gənci əhatə edən layihənin məqsədinin “Heydər Əliyev
İli”nin təbliğ olunması, natiqlik mədəniyyətinin inkişaf etdirməsi vasitəsi ilə gənclərin və
yeniyetmələrin qərar vermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə,
dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin edilməsinə dəstək
olmaq olduğunu vurğulayıb.
Daha sonra, foruma ev sahibliyi edən Bakı Avropa Liseyinin təşkilati işlər üzrə direktor
müavini Səbinə Bayramova, UNICEF Azərbaycanın nümayəndəsi Nigar Nəsrullayeva
çıxış edərək məktəbli debatının şagirdlərin inkişafındakı rolunu qeyd edib və iştirakçılara
uğurlar arzulayıb.
Layihə çərçivəsində Milli Debat Proqramının təcrübəli təlimçiləri tərəfindən azərbaycan,
rus və ingilis bölmələri üzrə debat və natiqlik təlimi keçirilib, 200-dən çox məktəblinin
iştirakı ilə seçilən aktual mövzu ətrafında debat oyunları aparılıb.
Debat Forumunun nəticəsində azərbaycan bölməsinin qalib komandası “DeBAL”, ən
yaxşı natiqi Süleymanzadə Qumral, rus bölməsinin qalib komandası “Депутаты без
откатов”, ən yaxşı natiqi Nigar Məmmədli, ingilis bölməsinin qalib komandası “Evrika”,
ən yaxşı natiqi isə Oğuz İsayev seçilib.
Tədbirin sonunda qaliblər, seçilən məktəblilər hədiyyələr, kubok, medal və sertifikatlarla
təltif ediliblər.
Qeyd edək ki, “Psixi sağlamlıq təhsili və dəstək proqramları bütün məktəblərdə təşkil
olunmalıdır” mövzusunda keçirilən forumda 22 tam orta təhsil müəssisəsini təmsil edən
32 komanda mübarizə apararaq, 200-dən çox məktəbli iştirak edib. Bu forumda
ümumilikdə respublika üzrə 500-dən çox məktəbli iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.