Ümumi və məktəbəqədər təhsil müəssisələrində yoxlamalar davam etdirilir

2023-cü ilin əvvəlindən etibarən Elm və Təhsil Nazirliyi, həmçinin yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi və məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılır.

Belə ki, ümumi təhsil müəssisələrində məktəbə rəhbərlik və nəzarətin həyata keçirilməsi, fərdi təhsil, dərnək və dərsdənkənar məşğələlərin təşkili, müəllimlər arasında dərs yükü bölgüsünün qiymətləndirmə nəticələrinə uyğun aparılması, şagird və işçilərin davamiyyəti, tədris-pedaqoji sənədlərin tərtibi, sinif komplektlərinin normativ sənədə uyğun təşkili, həmçinin kadr inzibatçılığı, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərini yerinə yetirməsi və digər sahələr üzrə yoxlamalar aparılıb. Yoxlamalar zamanı qeyd edilən sahələr üzrə aşkar olunmuş nöqsan və çatışmazlıqlar nəticəsində 18 ümumi təhsil müəssisəsinin direktoru tutduğu vəzifədən azad olunub.

Bununla yanaşı, dövlət məktəbəqədər təhsil müəssisələrində də rəhbərlik və nəzarətin həyata keçirilməsi, normativ hüquqi aktların tələblərinə riayət olunması, uşaqların qida təminatı və anbar uçotunun qanunauyğun aparılması, təlim-tərbiyə prosesinin təşkili, işçilərlə əmək münasibətləri tənzimlənən zaman əmək qanunvericiliyinin tələblərinə əməl olunması, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərini yerinə yetirməsi və digər sahələr üzrə yoxlamalar aparılıb. Yekun olaraq, aşkarlanmış nöqsan və çatışmazlıqlar nəticəsində 14 dövlət məktəbəqədər təhsil müəssisəsinin müdiri işdən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.