Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn sərgi açılacaq

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn sərgi keçiriləcək.

Sərgidə Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda, dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatındakı hadisələri əks etdirən, ümummilli liderin incəsənət xadimləri ilə birgə fotoları, Heydər Əliyevin rəssamlar tərəfindən müxtəlif texnika və üslubda işlənmiş əsərlər sərgilənəcək.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edib.

Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkün olacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.