Ukraynanın Xarkov şəhərində Azərbaycanın Zəfər Günü ilə bağlı bilbordlar quraşdırılır

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə, 8 Noyabr – Zəfər Günü münasibətilə bilbord quraşdırılıb.

Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən bayram aksiyasında nümayiş etdirilən bilbordda “Azərbaycanın Qələbə Günü”, “Qarabağ-Azərbaycandır!” şüarları yazılıb, Zəfərimizin rəmzi “Xarıbülbül”ün və Azərbaycan dövlətinin xəritəsinin şəkli əks olunub.

Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanovun  mətbuata verdiyi məlumatda şəhərin mərkəzi hissələrində daha 3 bilbordın yerləşdiriləcəyi və bilbordların bir aya yaxın müddətdə nümayiş olunacağı bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.