Uğura aparan tək yol çox çalışmaq və heç vaxt ruhdan düşməməkdən keçir

Salam əziz gənclər. Hər birinizi “Gənclər günü” münsibətilə təbrik edirəm. Hər birinizə işinizdə və həyatınızda uğurlar arzu edirəm. Unutmayın ki siz düşündüyünüzdən daha ağıllı, daha cəsarətli və daha bacarıqlısınız! Və heç bir zəhmət nəticəsiz qalmır! Mən də bu yolda öz peşəmin vacibliyinin və əhəmiyyətinin, üzərimə düşən məsuliyyətin nə dərəcədə böyük olduğunu dərk edirəm. Çünki, təhsil və mədəniyyətin bir xalqın həyatında, xüsusilə də gəncliyin inkişafında ayrılmaz və əvəzedilməz iki ən vacib amil olduğu dərk edirəm.
Əlbəttə ki, bu yolda, bir zamanlar tələbəsi və hal-hazırda müəllimi olduğum, ölkə miqyasında ən qocaman mədəniyyət ocaqlarından biri olan, təkcə şəhər miqyasında deyil, həm də öldə miqyasında xalqımıza millətimizə neçə-neçə böyük sənətkarlar, sənət adamları bəxş etmiş və hal-hazırda da etməkdə davam edən 1 saylı Gəncə şəhər Uşaq Musiqi Məktəbi həyatımda mühüm rol oynamışdır. Təsadüfi deyil ki, artıq məktəbimizin şagirdlərinin istər region üzrə, istərsə də ölkə miqyasında keçirilən bütün müsabiqələrdə iştirakı və ən yüksək nəticələri əldə etməsi artıq heç kimdə təəccüb doğurmur. Əlbəttə, bu hər şeydən öncə gərgin əməyin və zəhmətin bəhrəsidir. Və hər kəsdən çox bizi sevindirir. Bizim də öhdəmizə düşən əsas vəzifə, Məşədi Cəmil Əmirov, Səid Rüstəmov, Fikrət Əmirov kimi dahi insanların yaratdığı və miras qoyub getdiyi bu qədim məktəbin uğurlarını, xidmətlərini öz çiynimizdə layiqincə daşıyıb, vaxtı gələndə estafeti yetişdirdiyimiz növbəti nəsil gənclərə ötürməkdir.
Dəyərli gənclər. Hər zaman özünüzə inanın. Necə ki, biz sizə inanırıq! Hər birinizə yüksək nailiyyətlər və bol-bol uğur arzu edirəm. Unutmayın ki, uğura aparan tək yol çox çalışmaq və heç vaxt ruhdan düşməməkdən keçir.

Tural Əliyev, Gəncə şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.