Türkiyənin peşə liseyləri ilə qardaş məktəb layihələri imzalanıb

Azərbaycanda peşə təhsilinin səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, hazırlanan kadrların rəqabətədavamlılığı üçün  peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyət Türkiyədə təlimlərə cəlb edilib.

Türkiyənin təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi məqsədilə keçirilən təlimlər ölkələrimizin təhsil nazirlikləri arasında əldə edilən razılaşmaya əsasən reallaşdırılıb.

Nümayəndə heyətinin Türkiyədə olduğu müddətdə əməkdaşlığın davamı olaraq, İzmirdə fəaliyyət göstərən, ixtisaslaşmış 5 peşə liseyi ilə qardaş məktəb layihələrinin imzalanması baş tutub.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Konak Çınarlı Mesleki və Texnik Anadolu Liseyi, İsmayıllı Peşə Tədris Mərkəzi ilə Bornova Mesleki və Texnik Anadolu Liseyi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Şəhid İdari Ateşe Çağlar Yücel Mesleki və Texnik Anadolu Liseyi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Konak Alsancak Nevvar Salih İşgören Mesleki ve Texnik Anadolu Liseyi, Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi ilə Mazhar Zorlu Mesleki və Texnik Anadolu Liseyi arasında qarşılıqlı əməkdaşlığı nəzərdə tutan qardaş məktəb layihələri imzalanıb.

Qeyd edək ki, sözügedən qarşılıqlı əməkdaşlıq təşəbbüslərinin əsas məqsədi təcrübə mübadiləsi, peşə təhsili sahəsində iş birliyi və əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Layihədə həmçinin birgə təhsil proqramlarının hazırlanması və tətbiqi imkanları, müəllim və tələbə mübadiləsi, tədris materiallarının istifadəsi də  nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.