Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin(UBİKS) rəhbəri Taner Bozkuş ADAU-da olub

Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin(UBİKS) rəhbəri Taner Bozkuş ADAU-da olub

Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin (UBİKS) rəhbəri Taner Bozkuş Gəncə şəhərinə işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. Qonağı universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun adından salamlayan tədris işəri prorektor, dosent Anar Hətəmov təhsil müəssisəsinin tarixi, müasir vəziyyəti, maddi-texniki bazası, tələbə gənclərin asudə vaxtının səmərəli təşkli, idmanla məşğul olmaları üçün yaradılan şəraitlərdən danışıb.
Görüşdə 2019-ci ilin 18-22 iyun tarixlərində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək UBİKS-nin Beynəlxalq Elm, Mədəniyyət və İdman Konfransının bir bölməsinin universitetdə təşkili məsələləri müzakirə edilib. Sonra müvafiq yerlərə baxış keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.