Amerika prezidenti Donald Tramp Orta Amerikadan Amerikaya getmək üçün yola çıxan 7 min nəfərlik qaçqın konvoyundan heç kimsənin icazəsiz ölkəyə buraxılmayacağını deyib.
Tramp Orta Amerikadan yola çıxan və Amerikanın cənub sərhədinə çatan qaçqınlarla bağlı sosial media hesabından yazılı açıqlama verib. Məhkəmə razılığı olmadığı müddət ərzində heç bir köçmənin ölkəyə buraxılmyacağını vurğulayan Tramp “Ölkəmizə sadəcə qanuni olaraq gələnlərə icazə verəcəyik. Bunun xaricində çox güclü siyasətimiz “yaxala və həbs et” şəklindədir ” ifadəsindən istifadə edib.
Tramp mühacirlərin Meksikada qalacağını deyərək, lazım olacağı halda cənub sərhədlərinin tamamən qapadılacağını dedi. Donald Tramp eyni zamanda vurğulayıb ki, “Amerikanın onlarla ildir, davam edən bu təzyiqdən sonra artıq bu bahalı və təhlükəli vəziyyətə dözüm göstərməsinin bir yolu yoxdur”.
“Washington Post” qəzetində bu gün yer alan xəbərdə qeyd olunub ki, Tramp hakimiyyətinin Meksikada vəzifəyə gəlmək üzrə olan yeni hökumətlə anlaşması nəticəsində Amerikaya gəlmək istəyən miqrantlar ABŞ sərhəd təhlükəsizlik nümayəndələri tərəfindən qanuni prosedurlar həyata keçirilənə qədər Meksikada gözləyəcəklər.
Mövzu ilə bağlı açıqlama verən Meksika hökumətinin xarici işlər naziri namizədi Olga Sanchez iddiayı rədd edərək hər hansı bir anlaşma həyata keçirilmədiyini deyib.