Tibbdə yenilik: Xəstələr uzaqdan müayinə olunacaq

Türkiyədə yaradılan və xəstələrə uzaqdan müdaxilə etmək imkanı verən hologram sistemi sayəsində həkimlərin işi daha da asan olacaq.

Etmtv. news Lent.az-a istinadən xəbər verir ki, bu sistem 2017-ci ildə İstanbul Tibb fakültəsinin uşaq cərrahı mütəxəssisi doktor Mürsel Haspulatın təklifi və tələbəsi Funda Karagöz ilə birlikdə hazırlanıb. Sistem sadə, lakin təsirlidir.

Sistemdə süni intellektin köməyi ilə virtual reallıq eynəkləri və holoqram texnologiyası var.

Xəstəyə uzaqdan müdaxilə etməklə yanaşı, tibb fakültəsi tələbələrinin virtual xəstələr haqqında təhsil ala biləcəyi layihə, Türkiyə texnologiya festivalında “Təhsil Texnologiyaları” sahəsində Türkiyə finalçı olub. Layihə əslində pilotların təlim aldığı uçuş simulyatorları ilə eyni məntiqə malikdir. Tələbələr bu sistem sayəsində holografik xəstələr haqqında təhsil ala biləcəklər.

Layihə həm də uzaqdakı mütəxəssislərə müdaxilə etmək şansı verəcək.

Müayinə və ya əməliyyat zamanı əməliyyatı aparan mütəxəssis uzaqda olan həmkarlarından kömək ala biləcək. Məsafələri ortadan qaldıran bu sistemi dizayn edərkən, kifayət qədər təcrübəsi olmayan tələbələrdən kömək alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.