Azərbaycan Respublikası Milli Məclisinə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək üçün öz namizədliyini sərbəst şəkildə irəli sürmüş teatrşünas-tənqidçi Anar Məmməd oğlu Burcəliyev imzatoplama kampaniyasını uğurla davam etdirir.
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi üzrə seçicilərindən imza toplayan Anar Burcəliyev səmimi söhbət əsnasında onların problemləri ilə maraqlanıb, həmçinin, seçiciləri Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
Qeyd edək ki, 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən namizədliyi qeydə alınan Anar Burcəliyev Gəncə Dövlət Dram Teatrında direktor müavini vəzifəsində çalışır.