Teatrşünas-tənqidçi Anar Burcəliyev respublikamızda fəaliyyət göstərən teatrları və Mədəniyyət Nazirliyini növbəti dəfə hədəfə aldı. Hörmətli teatrşünasın sosial şəbəkələrdə yer alan yazısı bu dəfə də gerçək və düşündürücü fikirləri ilə yadda qalacaq.
“Bu gün “direktor siyasəti” ilə idarə etmə teatr üsulu demək olar ki, bu sahəni tamamilə məhv edib. Əgər bir teatra ki, rəhbər təyin olunan şəxs bu sahəyə kamersiya gözü ilə yanaşıbsa, bu teatrda hansı yaradıcılıqdan söhbət gedə bilər ?? Çox zaman isə, hətta, bu siyasət teatrlarımızı “bir aktyorun və ya aktrisanın teatrına” çevirir. Bu isə dəhşətdir. Artıq burada digər istedadların məhvindən söhbət gedir.
Ümumiyyətlə, teatra rəhbər təyin olunan şəxs yaradıcı şəxs olmaqla, repertuar siyasətinin təmin olunması, tamaşaçı duyumunu yüksək səviyyədə qavramalı və təmin etməlidir. Təəssüf ki, bunun nəticəsi olaraq bu gün teatrlarımızda və eləcə də Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsində Bədii Şuralar formal xarakter daşıyır və Ali Attestasiya Komissiyaları demək olar ki, yox səviyyəsindədir. Belə olduğu halda hansı yaradıcılıqdan söhbət gedə bilər ?? Bu məsələlər çox ciddi məsələlərdir və aydınlaşmalıdır. Teatr rəhbəri təyin olunan şəxs bu sahəyə kommersiya gözü ilə baxırsa, hansı yaradıcılıqdan söhbət gedə bilər. Bu məsələlərlə bağlı kifayət qədər əsaslı faktlar gətirmək olar. Nə vaxta kimi teatr direktorları şəxsi münasibətlər zəminində eyni aktyor və ya aktirasa haqqında ancaq təqdimat verməklə kifayətlənməklə mükadatlanmanı təmin etmiş olacaq ?? Aktrisa tanıyıram ki, şəxsi münasibətlər zəminində 8 və ya 12 ildir oturub Prezident mükafatının üstündə durmaq bilmir. Bəyəm bu şəxsdən başqa yaradıcılıqda uğur qazanan yoxdur ?? Bu kimi məsələlər çox ciddi şəkildə araşdırılmalı və bu problemlər aradan qaldırılmaqla normal şəkildə Bədii şuraların və Ali Attestasiya Komissiyalarının fəaliyyəti bərpa olunmalıdır.” -Teatrşünas- tənqidçi Anar Burcəliyev qeyd edir.