Teatrşünas Prezidentə təşəkkür müraciəti ünvanladı

Teatrşünas-tənqidçi Anar Burcəliyev son günlər ölkəmizdə yayılmaqda davam edən Covid-19 pandemiyası ilə aparılan mübarizə istiqamətində görülən tədbirlərlə bağlı ölkə başçısı, cənab İlham Əliyevə təşəkkür müraciəti ünvanlayıb.

Müraciətdə deyilir: “Möhtərəm cənab Prezident! Dünyanı cənginə alan COVİD-19  yeni növ pandemiya ilə əlaqədar olaraq bütün bəşəriyyət təhlükə qarşısındadır. Bu məqsədlə təhlükəli xəstəlikdən daha az itki ilə çıxmaq üçün dövlətlər öz qüvvələrini səfərbər edirlər. Sizin bu məsələyə çevik reaksiya göstərərək ciddi tədbirlər görməniz, vaxtında verilən qərar və tapşırıqlarınız çox vacib və əhəmiyyətli addımlar olaraq xalqımızı böyük təhlükədən qorumuş oldu. Müstəqil məmləkətimiz olan  Azərbaycanımızın gələcəyinə belə həssas mövqeyiniz sayəsində ölkəmizdə pandemiyanın geniş yayılmasınıın qarşısını almaq mümkün olub.

Hətta pandemiyanın əhali arasında vurduğu sosial zərərin aradan qaldırılması üçün tərəfinizdən çox ciddi addımlar atılmaqla, əhaliyə sosial müavinətlərin verilməsi də xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu çətin günlərdə aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrə 190 manat civarında olunan maddi yardım da göstərdiyiniz diqqət və qayğının əyani təzahürüdür. Xalqımızın rifahı naminə imzaladığınız sərəncamlar bir daha göstərir ki, Azərbaycan xalqının sağlamlığı, əmin-amanlığı hər zaman olduğu kimi, yenə də Sizin üçün ən önəmli məsələlərdəndir. Tərəfinizdən bütün atılan addımlar üçün Sizə və Birinci vitse-prezidentimiz olan Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Uca yaradan hər zaman Sizi qorusun.

Hörmətlə, Anar Məhəmməd oğlu Burcəliyev, Teatrşünas-tənqidçi, Gəncə şəhəri.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.