Teatr aktyorları mükafatlandırılıb

Azərbaycan teatr sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti, milli mədəniyyətimizin inkişafındakı xidmətləri nəzərə alınaraq Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini İlham Əli İslam oğlu Məmmədov və Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Vəli oğlu Mirzəliyev Mədəniyyət Nazirliyinin müvafiq əmrləri ilə mükafatlandırılmışdır.

Məlumat üçün qeyd edək ki, İlham Məmmədov İlham 1969-cu ildə anadan olmuşdur. 2004-cü ildə Bakı Menecement Universitetini bitirmişdir. 1992-ci ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında inzibatçı, böyük inzibatçı, baş inzibatçı vəzifələrində çalışmışdır. 2009-cu ildən Akademik Rus Dram Teatrında direktor müavini vəzifəsini icra edir. Teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmişdir.  2019-cu ilin sentyabr ayında İlham Məmmədovun 50 yaşı tamam olmuşdur.

Möylə Mirzəliyev 1959-cu ildə anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili komediya aktyorluğu” fakültəsini bitirmişdir. 1985-1992-ci illər ərzində Azərbaycan Dövlət Opera və Balet Teatrında xor artisti vəzifəsində çalışmışdır. 1992-ci ildən bu günə qədər Akademik Musiqili Teatrda çalışan aktyor Səftər (“Özümüz bilərik”, S.Ələsgərov, Ş.Qurbanov), Nadir (“5 Manatlıq Gəlin”, S.Rüstəmov, M.S.Ordubadi), Rəhim (“Qızıl toy”, O.Kazımi, R.Heydər), Şöhrət (“Hərənin öz ulduzu”, S.Ələsgərov, İ.Məlikzadə), Müqəddəsov (“Volqalı canan”, R.Mustafayev, A.Qüdrət), Məlik (“Aldın payını, çağır dayını”, V.Adıgözəlov, Anar), Balaş (“Talelər qovuşanda”, R.Hacıyev), Qəzənfər (“Baladadaşın toy hamamı”, Elçin, F.Allahverdi), Kəblə Qubad (“Ər və arvad”, Ü.Hacıbəyli), Qulam (“Molla Nəsrəddinin beş arvadı”, İ.Sadıqov), Qayınata (“Toya bir gün qalmış”, Ə.Səmədli) və başqa bu kimi obrazlar yaratmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.